Hələ də avtobuslardan sallanan vətəndaşlar var - İRAD - EKSPERT AÇIQLADI

Yazarlar 04 Aprel 2022 | 21:00
OXUNUB: 1359

“İstər taksi, istərsə də avtobus sürücüləri tərəfindən hər hansı bir yol qaydası pozurlarsa, bu zaman təbii ki, məsuliyyətə cəlb olunmalıdırlar”. Bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, yeri gəldikdə hətta onların cəzası digər sürücülərdən daha çox olur: “Çünki avtobus sürücüsü sərxoş vəziyyətdə sükan arxasına keçirsə, ona heç bir istisna yoxdur. Bu zaman o, sürücülük hüququndan azad edilə və inzibati həbsə məhkum edilə bilər. Digər halda adi vətəndaş və ya sürücü olsa, bu halda isə 500 manat cərimə yazılır, hansı ki, bu zaman 5 bal yazılır. Avtobus sürücülərinə isə heç bir istisna yoxdur. Bu zaman artıq birbaşa inzibati həbs tətbiq olunur. Yəni, sürücülər 15 gündən başalayaraq 3 aya qədər həbs oluna bilərlər. Taksi nişanı olmadan fəaliyyət göstərmək, qayda pozuntularına yol verdikdə də onların özünəməxsus cərimələri olur. Hazırda nəzarət o qədər güclü olmalıdır ki, heç kim qanunda nəzərdə tutulan qaydalardan boyun qaçıra bilməsin. Təəssüflər olsun ki, avtobus sürücüləri də taksi sürücüləri arasında bəziləri də bəzən məsuliyyətdən yayına bilirlər. Təssüflər olsun ki, dayanacağa daxil ola bilmədikdə sürücülər 2-ci, hətta 3-cü zolaqda maşın saxlayırlar. Eyni zamanda avtobuslardan hələ də sallanan vətəndaşlar görmək mümkündür. Bundan əlavə taksi sürücüləri şit musiqilər qoşaraq insanları narahat edir, vətəndaşlarla qeyri-etik danışırlar. Bütün bu kimi problemlərin hər birinin mütləq şəkildə qarşısı alınmalıdır. Düşünürəm ki, zamanla bunları həll etmək olar. Sadəcə olaraq, bu proses biraz zaman tələb edir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man