Taksilər də avtobus zolağına buraxılsın! - Sıxlığı azaltmaq üçün YENİ TƏKLİFLƏR

Yazarlar 04 Aprel 2022 | 14:47
OXUNUB: 1136

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakıda avtobus zolaqlarının çəkilməsi yaxşı haldır. Bunu dəstəkləyirəm. Amma bəzi küçələrdə avtobus zolaqlarına görə dəhşətli tıxac yaranır. Konkret olaraq Əhməd Rəcəbli küçəsi, Mikayıl Useynov küçələrini qeyd etmək olar.  Rəşid Behbudovda da hərdən məhz zolağa görə sıxlıq yaranır. Bəs çıxış yolu nədir? Bu zolaqlardan necə faydalanmaq olar? Dünyanın müxtəlif ölkələrində müxtəlif yanaşmalar var. Məsələn, İsraildə minik avtomobili avtobus zolağına daxil ola bilər. Ancaq bir şərtlə ki, avtomobildə ən azı 4 nəfər olmalıdır. 3 nəfər olsa cərimə yazılır. Bir çox ölkələrdə zolağa başqa maşınların daxil olması tam qadağandır. Bəzilərində zəruri hallarda daxil olmağa icazə var. Bəzilərində elə bizdəki kimi, vaxtla icazə verilir. Bəs biz bu təcrübələri ümumiləşdirib necə bir mütərəqqi addım ata bilərik?

Əvvəla ondan başlayaq ki, İsrail təcrübəsi maraqlıdır və bu barədə düşünmək olar. Üstəlik, mən təklif edirəm ki, taksilərə də həmin zolağa daxil olmaq üçün icazə vermək olar. Bir şərtlə ki, maşında mütləq sərnişin olmalıdır. Əgər sərnişinin mənzil başına rahat çatması üçün addımlar atılırsa o zaman nə üçün avtobusda gedən sərnişini düşünüb zolaq yaradırıq, taksidə gedən sərnişini o zolağa buraxmırıq? Yəni, məntiqi yanaşma deyir ki, burada düzgün qərar verilmir. Məsələn, taksi avtomobillərində pərdə-plyonka olmasa xüsusi texniki vasitələr - kameralar maşında sərnişinin olub-olmadığını rahat müəyyən edə biləcək. Belə olan halda taksi sürücüləri avtobus zolağına daxil olmaq məsələsində sui-istifadə hallarına yol verə bilməyəcək.

Gələcəkdə isə digər sürücülər üçün də bu imkanı yaratmaq olar. Məsələn, maşında 4 nəfər varsa həmin nəqliyyat vasitəsi də zolağa daxil ola bilsin.

Burada taksi sürücüləri üçün stimullaşdırıcı addım atmaq olar. Zolağa daxil olan taksi avtomobili fərqlənmə nişanına malik olmalı, qanuni taksi xidməti göstərilməlidir. Belə olan halda həm də fərqlənmə nişanı almaq istəyən taksi sürücülərinin sayı artacaq. Digər tərəfdən, pik saatlarda tıxacda qaldığı üçün qiymət artıran taksilərdən qurtulmuş olacağıq. Yəni, "zolağı çəkdim, vəsssalam" deyib durmaq olmaz. Bu sahədə daha kreativ addımlar atmaq olar ki, avtobus zolağı bəzən dəqiqələrlə boş qalıb digər zolaqlarda tıxaca səbəb olmasın.

İctimai nəqliyyata o zolaqlarda daha geniş şərait o vaxt yaradılar ki, avtobusların sayı çox olsun, sərnişinlər dayanacaqlarla dəqiqələrlə avtobus gözləməsin, avtobus tapa bilməyən sərnişin məcbur qalıb manatlıq taksiyə üz tutmasın.

Araşdırmalara görə, bu gün Bakıda təxminən 2200 ədəd avtobus var. Onun da gündəlik xəttə çıxanlarını hesablasaq, təxminən 1800-2000 ədədi iş başında olur. Bakıya isə gündəlik xətdə olacaq 2500-2600 avtobus lazımdır. Həmin o 2600 avtobus Bakıda olduqdan, eləcə də paytaxtda ictimai nəqliyyat digər növü olan tramvay-trolleybus kimi növləri bərpa edildikdən sonra mən də razıyam ki, avtobus, trolleybus zolaqlarına başqa nəqliyyat vasitələri daxil olmasın. İndi isə Bakıda xatotik tikinti bumunun yol şəbəkəsini iflic etdiyi bir dövrdə mövcud yolun hesabına yaradılan avtobus zolağı effektiv deyil. Yeni və ayrıca zolaq yarada bilsələr, alqışlayarıq. Amma mövcud yolların başına oyun açmağa ehtiyac yoxdur. Varsa da yuxarıda qeyd etdiyim məqamlara da diqqət etmək lazımdır...

Bir məqama diqqət yetirək; bəzən zolaq boş qalır, baxırsan ki, beş dəqiqədən bir avtobus keçir. Beş dəqiqədə həmin zolaqla 300-500 maşın hərəkət edə bilərdə. Amma bir avtobusa, həmin avtobusdakı 30-50 sərnişinə görə sıxlıq yaranır.

Digər vacib bir məqam isə avtobus zolaqlarının keçdiyi küçələrdəki sahibkarlıq subyektləridir. Onlar il ərzində dövlətə milyonlarla manat vergi verir, amma zolağa görə əksər obyektlərin müştərisi azalır və nəticədə sahiblarlığa ziyan dəyir. 

Bu və digər məqamları nəzərə alaraq avtobus zolağı məsələsinə bir daha baxılmasını təklif edirəm.

 

 

Elməddin Muradlı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man