"Gadimov`s Group" tələbələri sevindirəcək kampanyaya start verib.
AZXEBER.COM xəbər verir ki, şirkət Türkiyədə təhsil almağa gələn Azərbaycanlı tələbələrin oturma icazələrini əlavə xidmət haqqı olmadan hazırlayır.
Şirkət "Hər bir millətin gələcəyi onun gəncləridir" şüarı altında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə bu xidməti göstərməklə, onların bir çox problemlərinin həllinə dəstək olmağı öz üzərinə götürüb. Şirkətin rəhbəri Urfan Qədimovun sözlərinə görə, "Gadimov`s Group" bu addımı ənənə halına çevirərək bundan sonrakı illərdə də gənclərə öz dəstəyini əsirgəməyəcək: "Gənclər içində tələbələrin xüsusi bir yeri var ki, bu da öz növbəsində millətin gələcək taleyini həll edir. Biz də Gadimov`s Group olaraq öhdəmizə düşən bu işdə bacardığım dəstəyi göstərməyə hazırıq. Türkiyənin istənilən bölgəsində təhsil alan tələbə bizə müraciət edərək ödənişsiz danışmanlıq xidməti və oturma izni xidməti ala bilər".
Əlaqə telefonları: 0534-918-82-12
Whatsapp: 0534-918-82-12
www.gadimovsgroup.com