Vüsalə Ağabəylinin vəzifəsini tutan şəxs məlum oldu

Təhsil 13 Fevral 2019 | 11:44
OXUNUB: 3406
Аzərbаycаn Dillər Univеrsitеtinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova icra edir.

Bu sözləri ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyib. 

O bildirib ki, dekan vəzifəsinin müvəqqəti icrası Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifovaya həvalə olunub.

Qeyd edək ki, ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edilib. 

Xatırladaq ki, fakültənin dekanı Vüsalə Ağabəyli bir neçə gün bundan öncə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man