Hamı onu bağlayır, bizdə isə hələ məqbul bilmirlər...

Təhsil 04 Fevral 2019 | 15:50
OXUNUB: 3640

"İndiki şərtlər daxilində onun bağlanması və dövlət tərəfindən maliyyələşməsinin kəsilməsini məqbul hesab etmirəm”

 

Sfera.az-a açıqlamasında bu sözləri MDB ölkələrinin bir-birinin ardınca sovet dövrünün qalığı olan və elmə ciddi töhvələr verə bilməyən elmlər akademiyalarının fəaliyyətinə xitam verməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 Əvəzində deputat məsələnin həlli yolunu başqa müstəvidə tapmağı tövsiyyə etdi:

 

"İndilikdə bu məsələni gündəmə gətirmək əslində problem olar. Milli Elmlər Akademiyasında (AMEA) minlərlə insan çalışır. Cüzi əmək haqqı alsalar da hər halda ayaqda qalırlar. Bu fonda Azərbaycan Milli Elmlər Akademiyasına bir sıra MDB ölkələrində olduğu kimi dövlət tərəfindən maliyyələşmənin dayandırılması orada çalışanları çörək imtahanına çəkmək demək olacaq. Təbii ki, AMEA-nin  fəaliyyəti və effekti elə də böyük deyil. Amma qurumun dövlət tərəfindən maliyyələşməsinin dayandırılması isə işsizlər ordusunun sayının artmasına gətirib çıxaran addım olacaq. Ona görə də indilikdə AMEA ilə bağlı həmin  addımın atılması çoxsaylı problemlərə gətirib çıxara bilər. Onsuz da alimlərimiz aztəminatlıdır. Atılan həmin addım isə onların işsiz qalmasına səbəb olar. Məsələnin həll yolunu başqa formada tapmaq lazımdır. Birinci növbədə universitetlər elm mərkəzinə çevrilməli, səviyyəsi qalxmalıdır ki, akademiya sistemində olan alimlərin universitetlərə transferi baş versin. Ardınca AMEA ilə bağlı dediyiniz islahatın keçirilməsi də əslində normal görünə bilər. Çünki elm və tədqiqatlar baxımından akademiyanın fəaliyyəti o qədər də effektli deyil. Ayrı-ayrı institutların bu işin öhdəsindən gəlməsi mümkün deyil. İlk növbədə maddi dəstək zəifdir. İkinci bir tərəfdən, maaş azlığından intelektual potensial AMEA-dan qaçmış vəziyyətdədir. Çoxu orada ancaq qeydiyyatda olaraq cüzi maaş alır, ona görə də başqa təhsil müəssisələrində də dərs deyirlər. AMEA məsələsi bir sözlə, ciddi islahat tələb edən bir məsələdir. İndiki şərtlər daxilində onun bağlanması və dövlət tərəfindən maliyyələşməsinin kəsilməsini məqbul hesab etmirəm.  İlk növbədə buradakı işçilər universitetlərə transfer olunmalıdır. Bu fonda da məsələ həllini tapa bilər”.

 

Qeyd edək ki, SSRİ-nin tərkibində olan hazırkı müstəqil dövlətlərin bir çoxunda elmlər akademiyaları fəaliyyətlərini dayandırıb. Bu istiqamətdə sonuncu addımı isə Türkmənistan atıb. Belə ki, həmin ölkənin prezidenti Qurbanqulu Berdımuxamedovun qərarı ilə Türkmənistan Elmlər Akademiyası bağlanıb. Azərbaycan Milli Elmlər Akademiyası da bu mənada gözləntiləri doğrulda bilmir. Belə ki, bu müəssisə gəlir gətirmək əvəzinə, dövlətin maliyyəsi hesabına dolanmaqdadır. Buna baxmayaraq, AMEA ötən illər ərzində elm sahəsində hər hansı bir ciddi uğura, nailiyyətə imza ata bilməyib.

ELÇİN

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man