Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikasının həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşları üçün müsabiqə elan edib.
Maraqlıdır, vətəndaş eyni anda hər iki iş üzrə müsabiqədə iştirak edə bilərmi?
Sfera.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Məlumatda bildirilib ki, vətəndaşlar həqiqi hərbi xidmətə və ya mülki işə qəbulla bağlı yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahınında iştirak etməsi üçün adları DİM-ə təqdim olunur. Həqiqi hərbi xidmətə və mülki işə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşların yalnız bu halda DİM tərəfindən keçirələn test imtahanında iştirakı mümkündür.
Test imtahanda iştirak etmək üçün vətəndaşlar 25 noyabr – 9 dekabr 2024-cü il tarixlərində DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man