Təhsil Tələbə Kredit Fondunun hansı tələbələr üçün etdiyi ödənişlər bağışlanır? - İZAH

Təhsil 27 Noyabr 2024 | 11:43
OXUNUB: 1636

Məlum olduğu kimi, təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələrə yardım üçün ölkəmizdə 2021-ci ildən Təhsil Tələbə Kredit Fondu (TTKF) fəaliyyət göstərir. Fondun son məlumatına görə, indiyədək kredit götürən məzunların 433 min manat ödənişi bağışlanıb. 

 

Maraqlıdır, hansı tələbələrin ödənişləri bağışlanır?

 

Sfera.az bildirir ki, TTKF-nın sosial və standart olmaqla iki növü var.

 

Sosial növdən istifadə üçün sosial kateqoriyaya aid olan bütün vətəndaşlar müraciət edə bilər. Standart təhsil tələbə kreditindən istifadə üçün isə tələbə ya birinci tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın təsdiq edilmiş minimum həddindən yuxarı bal, növbəti semestrlərdə isə sonuncu ÜOMG-si 71 və yuxarı bala malik olmalı, ya da illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəməlidir.Sosial kredit üzrə illik 2% və Standart üzrə isə illik 6% ödəniş hesablanır. Müddəti isə bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.Tələbə təhsil krediti aldıqdan sonra əyani təhsil aldığı dövr, güzəşt dövrü və möhlət müddətlərində ondan kredit geri istənilmir və faiz hesablanmır.Qaydalara əsasən, təhsilin keyfiyyətinin stimullaşdırılması məqsədilə güzəştlər sistemi də nəzərdə tutulub. 

 

Belə ki, sosial növdə ÜOMG-si 71, standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nin isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur. Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.

 

Tələbələr təhsil krediti almaq üçün istənilən notariat ofisinə yaxınlaşaraq (yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə birlikdə) təhsil krediti müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqlarını (aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatlarının əldə edilməsinə dair) təsdiq etmək üçün müraciət etməlidir.Tələbələr elan dövrü ərzində imtina səbəbini aradan qaldırdıqdan sonra sistemə təkrar müraciət edə bilərlər.

 

Əlaqə üçün isə //e-ttkf.edu.az/ portalına müraciət edə bilərlər.

 


Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man