Beynəlxalq Yaşıl SAF 2024 iştirakçıları iqlim dəyişmələri ilə bağlı maarifləndiriliblər - FOTO

Təhsil 25 Oktyabr 2024 | 12:59
OXUNUB: 8240

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının ikinci günündə iştirakçılar iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə cəlb olunublar. 
 

Sfera.az xəbər verir ki, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilib.
 

Təlimçilər Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova, Xəzər Universitetinin dosenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov və İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova olub. 
 

Təlimlərdə iqlim dəyişikliyi, qlobal istiləşmə, iqlim dəyişikliklərinin insan həyatına zərərləri, səth sularının idarəolunması, su ehtiyatlarının ərzaq istehsalı ilə bağlılığı və digər mövzular barədə danışılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man