Sumqayıt Dövlət Universitetində “Karyera Həftəsi” keçirildi - FOTO

Təhsil 24 Oktyabr 2024 | 19:23
OXUNUB: 3212

Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilatçılığı ilə “Karyera Həftəsi” keçirildi. Tədbirdə müəssisə, idarə və təşkilatların nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər.

 

Sfera.az bildirir ki, tədbiri universitetin Elm və innovasiyalar üzrə prorektoru Elşad Abdullayev açaraq "Karyera Həftəsi"nin məqsəd və əhəmiyyətindən bəhs etdi. O, son illər ölkəmizdə əmək bazarının inkişafı və gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçirilən uğurlu dövlət layihələrinə diqqət çəkərək, bu tədbirin əsas məqsədinin tələbə və məzunları ölkənin əmək bazarı və mövcud karyera imkanları ilə tanış etmək olduğunu vurğuladı. 

 

Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva çıxışında tədbirin istehsalat təcrübəsi keçəcək tələbələr üçün əhəmiyyətini vurğuladı. Eləcə də, bu cür tədbirlərin gənclərin peşəkar bilik və bacarıqlarını artırmaqda, gələcək karyeralarına hazırlıq prosesində mühüm rol oynadığını qeyd etdi. 

 

Kaspi Təhsil Şirkətinin Sumqayıt filialının direktoru Vasif Əliyev tədbirin təşkilinə görə təşkilatçılara təşəkkür edərək, son dövrlərdə Sumqayıt Dövlət Universitetinin tələbə və məzunlarının məşğulluq səviyyəsini artırmaq məqsədilə ölkədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə əməkdaşlığını genişləndirdiyini vurğuladı. Eyni zamanda, universitetin tələbə və məzunlarının işlə təmin olunması və ixtisasları üzrə təcrübə keçmələri istiqamətində ciddi addımlar atıldığını izlədiyini qeyd etdi. “ATS Food” MMC-nin İnsan Resursları və inzibati işlər üzrə departamentinin direktoru Rafiq Süleymanov çıxış edərək təmsil etdiyi şirkətin SDU ilə birgə həyata keçirəcəkləri təlim və təcrübə proqramlarının uğurlu olacağına əminliyini bildirdi. Azərbaycan Milli Konservatoriy asının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələrindən ibarət simli kvartet bədii rəhbər Könül Bəkirovanın müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların klassik, müasir əsərlərindən ibarət musiqi nömrələri ilə davam edən sərgidə 30-dan artıq şirkət öz vakansiyaları və təcrübə proqramları ilə iştirak etdilər.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man