Azərbaycanda da “TikTok”un zərərləri barədə ciddi tədqiqatlar aparılacaq? - AÇIQLAMA

Təhsil 21 Oktyabr 2024 | 14:12
OXUNUB: 6747

14 ABŞ ştatının baş prokurorları “TikTok”a qarşı məhkəmə iddiası qaldırıb. Onlar “TikTok”un uşaqların və yeniyetmələrin zehni sağlamlığına zərər vurduğunu iddia edirlər. İddialara görə, “TikTok” gənc istifadəçiləri “asılı” edir və onların zehni sağlamlığına mənfi təsir göstərir. Onlar iddia edirlər ki, platforma gəncləri "narkoman" edib və onların əqli sağlamlığına zərər vurub.

 

Bu istiqamətdə ölkəmizdə ciddi tədqiqatlar aparılmalıdırmı? Əgər belə fəsadları olarsa, platforma qadağan edilməlidirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bugün "TikTok" həmçinin, digər sosial şəbəkələrlə bağlı tədqiqatların, sosial araşdırmaların aparılmasına ciddi ehtiyac var.

 

Onun sözlərinə görə, auditoriya və maraq baxımından “TikTok” son illərdə digər sosial şəbəkələri qabaqladığı üçün onunla bağlı mexanizmlər daha intsensiv şəkildə həll olunmalı və müəyyən qaydalar tətbiq edilməlidir:

 

“Bu gün bütün dünyada müxtəlif seqmentlərdə “TikTok” sosial şəbəkəsinin fəsadları, yaratdığı mənəvi və intellektual deqredasiya xüsusi narahatlıq motivinə çevilib. Bu səbəbdən də başda ABŞ olmaqla müəyyən ölkələr “TikTok”dan istifadə ilə bağlı qaydaları sərtləşdirib, hətta qadağalar da tətbiq ediblər. “TikTok” dünyanın elmi -psixoloji mərkəzlərindən ən çox tədqiq edilən, daha doğrusu, fəsadları araşdırılan, təsir dairəsinə saldığı milyonlarla insanların xilas modulları düşünülən sosial şəbəkədir. Araşdırmalara görə, bir insanın “TikTok” aludəsi olması üçün orada 60 videoçarxı izləməsi kifayətdir. Bizdə elə insanlar var ki, onlar nəinki bir, hətta yarım gün ərzində 60-dan çox videoçarx izləyirlər”. 


Ekspert qeyd edib ki, bu gün platformanın aludəsinə çevrilmiş və az qala, sinif otağını “TikTok” səhifəsinə dəyişmiş müəllimlər də var:

 

“Bu cür “tiktoker” müəllimlər həm digərlərindən daha çox diqqət mərkəzində olduqları üçün, həm də digər məqsədlərlə “TikTok”un məktəb-müəllim nüfuzuna xələl gətirməsinə ciddi zəmin yaradırlar. Əslində, rəqəmsal dünya dövründə “TikTok” da hər kəs tərəfindən lazımlı və faydalı fəaliyyət kimi dəyərləndirilə və bütün işlər də yalnız bu yöndən aparıla bilər. Amma reallıq bizə bunun tam əksini bildirir. Biz “tiktoker” müəllimlərin daha çox bir neçə profil üzrə aktivliyini görürük: onlar ya repetitor, ya da təlimçidir, “TikTok”dan da yalnız öz xidmətini təqdim etmək, reklamını aparmaq məqsədilə istifadə edir. Xüsusən də müəllimlərlə işləyən təlimçilər buna daha çox müraciət edir, öz dərslərindən müəyən hissələri “TikTok” üzərindən aparırlar. Kommersiya məqsədi özü-özlüyündə neqativ proses deyil, amma bu, şoulaşmış və saxtakarlıq qiyafəsində həyata keçirilir ki, bu da yolverilməzdir. Həmçinin digər müəllimlər qrupu da var ki, onlar xidmətlərini təklif etmir, sadəcə, konkret olaraq “TikTok” vasitəsilə təhsili şouya uduzdurmaqla məşğuldurlar”. 

 

E.Nuri bildirib ki, “TikTok” platformasının təhsilə vurduğu, yaxud vuracağı mənfi təsirlər istiqamətində təcili surətdə təxirəsalınmaz addımlar atılmalıdır:

 

“““TikTok”un psixoloji asılılğından əziyyət çəkən milyonlarla insanların arasında gənclər və yeniyetmələrin olması isə ayrıca bir problemdir. Çünki onlar izlədikləri video materialların təsir dairəsinə daha tez düşə, orada məzmun vasitəsilə daha tez manipulyasiya edilə bilərlər. Şagirdlərdə məzmunsuzluğa meyillilik, neqativ detallara aludəlik, kriminal dünya, bayağı musiqiyə olan maraq, jarqon ünsiyyətə keçidin inkişafetmə səbəblərindən biri də məhz “TikTok”dur. Düşünürəm ki, orta təhsil müəssisələri üçün sosial şəbəkələrdən nizamlı, stimullaşdırıcı istifadə qaydaları müəyyənləşdirilməli və onun analiz tərəfi, icra prosesi nəzəri yox, praktiki olmalıdır.“TikTok” platformasının təhsilə vurduğu, yaxud vuracağı mənfi təsirləri istiqamətində atılacaq addımlar təhsil üçbucağının 3 vacib tərəfi olan-müəllim, valideyn və şagirdlər üçün ayrı-ayrılıqda tövsiyələr toplusu kimi hazırlanmalıdır. Müəllim və şagirdlərin “TikTok” başda olmaqla, sosial şəbəkə fəaliyyətini yoxlamaq və onu nəzarətdə saxlamaq nə qədər çətin proses olsa da, onun mexanizmləri xarici ölkə təcrübələrinə əsasən işlənilməlidir”.


Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man