Qarabağdakı məktəblərdə təhsil bu formada olacaq - RƏSMİ

Təhsil 24 Dekabr 2021 | 11:16
OXUNUB: 407
"Vətən müharibəsində qələbə gələcəyə ümidlə baxmaq imkanı yaradıb”.

Sfera.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda "Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Qarabağda qazanılan qələbə təhsildə yeni mərhələnin açılışı idi: "Zəfər Azərbaycanda azyaşlıların, gənclərinin, müəllimlərin, bütövlükdə hər birimizin milli düşüncə tərzində, gələcəyə inamında dönüş nöqtəsi oldu.

Azad edilən ərazilərdə təhsil infrastrukturun qurulması ilə yanaşı, tarixi hadisənin ölkədə ümumitəhsil sisteminin daha da yaxşılaşmasında, təkmilləşməsində rolu olacaq. Hər bir sistemi irəli aparan lokamativ olmalıdır. Vaxtilə işğal altında olan şəhərlərin tamamilə dağıdılması təhsil infrastruturundan da yan keçməyib. Qarşıda bizi ciddi quruculuq işləri gözləyir. İstər Şuşada tikintisinə başlanılan məktəb, istərsə də Ağdam və Cəbrayılda məktəb tikinstisi üçün layihələndirmə işləri olduqca vacibdir. Unutmaq lazım deyil ki, Qarabağda məktəb tikintisi elə də sadə iş deyil”.

Onun fikrincə, Qarabağdakı məktəblər yəqin ki, Azərbaycan təhsilinin məzmununda və mahiyyətində dəyişikliklər etməyə imkan verəcək: "Bütün bu məktəblər dizaynına görə ən müasir infrastruktura malik məktəblər olacaq. Eyni zamanda, məktəblərdə olan ab-hava, məzmun yenidən və tamamilə fərqli müasir tələblərə cavab verən standartlara uyğun qurulmalıdır. Etiraf etməliyik ki, cibimizdəki telefonlar belə köhnəlir. Hər şey köhnəldiyi kimi təhsil məzmununda dəyişikliklər, yeniliklər etmədikdə o da köhnəlir. Zaman sürətlə dəyişdiyindən təhsilin də məzmununun sürətlə dəyişməsinə zərurət yaranır. Bu mənada azad edilən ərazilərə böyük qayıdışın başlaması fonunda təhsildə də yeni məzmunun, yeni yanaşmaların həmin məktəblərdə bərqarar olması qarşıda duran hədəflərdəndir. Həmin məktəblərdə şagirdlərə yeni məzmunlu müasir təhsilin verilməsinə imkan yaranacaq”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man