Misir Mərdanov narazılıq etdi

Təhsil 17 Dekabr 2021 | 14:33
OXUNUB: 1316
"Mənə elə gəlir ki, direktorların imtahanla işə qəbulu artıq bir şeydir".

Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, imtahanla hər şeyi qiymətləndirmək olmur: "İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Məsələn, idarəetmə qabiliyyəti, insanlara münasibət və s. məsələləri imtahanla qiymətləndirmək olmur. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir. İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Şəxsi fikrim budur ki, məktəb direktoru məktəbin öz içindən seçilməlidir. O məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man