Nazir: "Məktəbəqədər təhsildə dərs saatları və məzmun əsas amil olmalıdır"

Təhsil 08 Dekabr 2021 | 11:51
OXUNUB: 458
"Məktəbəqədər təhsildə əhatəlilik, təhsil müddəti, şagirdin dərs saatları və məzmun hər zaman əsas amil olmalıdır".

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə üç yaşlı uşaqların təhsillə əhatəliliyi 100 faiz həcmində görülür: "Bir çox ölkələrdə 12-13 illik təhsil sisteminin, öyrənmə göstəricisinin 20 faiz olduğunu görürük. Təbii ki, bu təcrübəni bir günə əldə etmək olmur. Bu uzun müddət tələb edir. Odur ki, həmin səviyyəyə çatmaq üçün dəyişikliyi tez etməliyik".

E.Əmrullayev bildirib ki, bacarıqların səviyyəsi nə qədər yüksək olsa, o zaman məşğulluğa müsbət mənada təsir göstərmiş olur: "İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əməkhaqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün bacarıqların qısa müddətdə inkişafında ölkəmizin kifayət qədər təcrübəsi var".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man