Təhsil naziri yeni dərs ili ilə bağlı ƏMR İMZALADI

Təhsil 21 Sentyabr 2021 | 13:01
OXUNUB: 1710
2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri müəyyən edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2021/2022-ci tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Əmrdə həmçinin rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib.

Həmçinin yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili tapşırılıb.

Eyni zamanda Anım və Zəfər günlərinə həsr olunan tədbirlər keçiriləcək, tədris digər dillərdə aparılan ümumtəhsil məktəblərində Azərbaycan dilinin - dövlət dili kimi tədrisinə nəzarət gücləndiriləcək, IX siniflərdə "Zəfər tarixi” kursunun yüksək peşəkarlığı və səriştəliliyi ilə fərqlənən tarix müəllimləri tərəfindən tədrisinə nəzarət ediləcək. Həmçinin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə olunub.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man