Birinci siniflərə məktəb seçimi başladı

Təhsil 24 İyun 2021 | 11:29
OXUNUB: 1285

Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start verilib.

Sfera.az xəbər verir ki, məktəb seçimi saat 11.00-dan başlayıb.

Valideynlər (qanuni nümayəndə)  www.mektebeqebul.edu.az portalında "Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Bundan başqa, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, müsahibədən uğurla keçmiş və avtomatik olaraq proqram təminatı vasitəsilə birinci sinfə yerləşdirilən uşaqların valideynləri ( qanuni nümayəndə) fərqli məktəb və sinif seçə bilərlər. Bunun üçün qeyd edilən tarixdən etibarən "Şəxsi kabinet”ə daxil olaraq sorğunu silib yeni sorğu yaratmaq mümkündür.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man