Nazirlik müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumat yaydı

Təhsil 18 İyun 2021 | 15:30
OXUNUB: 2121
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.

Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin bu təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.

Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man