“Vətəndaş müraciətləri” xidməti istifadəyə verildi

Təhsil 17 İyun 2021 | 14:32
OXUNUB: 2032
Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə  //portal.edu.az/ platformasına "Vətəndaş müraciətləri” xidməti əlavə olunub.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.

Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara "Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş təkmil daxili (CRM) sistem hesabına daha qısa zaman çərçivəsində cavablandırılacaq. Belə ki, yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olacaq.

Qeyd edək ki, vətəndaşların yazılı müraciətlərində şəxsi məlumatlarını (ünvan, əlaqə vasitələri) düzgün qeyd etməməsi və yaxud natamam qeyd etməsi icra prosesini çətinləşdirir və bəzi hallarda müraciətin statusunun izlənilməsini qeyri-mümkün edir. Bu səbəbdən Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlara  //portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man