Beyləqan sakini buraxılış imtahanlarında ən yüksək bal topladı - VİDEO

Təhsil 19 May 2021 | 16:01
OXUNUB: 2745
 Buraxılış imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərən şagird 17 yaşlı Beyləqan sakini Aygün Məhərrəmovadır. 

Yuxarı Aran qəsəbəsində Şəhid Sirac Mehtiyev adına tam orta məktəbin tələbəsi olan və 4-cü ixtisas qurupuna hazırlaşan Aygünün ən böyük arzusu Tibb Universitetinə qəbul olmaqdır. 

Bunun üçün buraxılış imtahanlarına yaxşı hazırlaşan abituriyent imtahanlarda respublika üzrə ən yüksək nəticəni göstərib. 17 yaşlı şagird 300 bala qarşı 297,1 bal toplayıb. 

Aygünün özündən böyük bacısı və qardaşı da ən yüksək balla ali məktəblərə qəbul olub. Anası Nataşa Səfərova deyir ki, Aygün təhsil aldığı müddətdə respublika səviyyəli olimpiadalarda yüksək nəticə göstərdiyinə görə, dəfələrlə medal və diplomlara layiq görülüb.

Buraxılış imtahanlarında yüksək nəticə göstərməsi ailə üçün gözlənilən olub. 

Aygünün atası Allahverdi Məhərrəmov kənd təsərrüfatı ilə məşğuldur. Övladının yüksək nəticə göstərməsinə sevinən ata inanır ki, qızı qəbul imtahanlarında da əla nəticə göstərəcək. 

Aygün Məhərrəmova növbəti ay keçiriləcək qəbul imtahanlarında da maksimal bal toplaya bilmək üçün ciddi səylə hazırlaşır. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man