DİM-dən bu müəllimlərlə bağlı AÇIQLAMA

Təhsil 26 Fevral 2021 | 19:44
OXUNUB: 3093
Dövlət İmtahan Mərkəzi (DİM) yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.

DİM-dən Sfera.az-a bildirilib ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.

Yanvarın 15-dən fevralın 25-dək keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 6 min 496 nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 89 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər.

Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaq. Bu da onların seminarlarda qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək.

Xatırladaq ki, "Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 16 min 83 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər təşkil olunacaq.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man