Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr bitdi

Təhsil 25 Dekabr 2020 | 20:55
OXUNUB: 4611
Müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş şəxslər üçün həyata keçirilən onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, 14-24 dekabr tarixlərini əhatə edən müsahibələrdə 2 209 namizəd iştirak etmək hüququ qazanıb.

"Microsoft Teams" proqramı üzərindən onlayn formatda təşkil olunan müsahibələrdə ümumilikdə 2 196 namizəd iştirak edib. Hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, müsahibələrin nəticələri ilə bağlı məlumatlar tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man