Paytaxtın 40 məzunu Prezident təqaüdünə layiq görüldü

Təhsil 05 Noyabr 2020 | 14:41
OXUNUB: 1884
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzunu Prezident təqaüdünə layiq görülüb.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub:

"2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib. Prezident təqaüdçüləri paytaxtdakı 5, 36, 47, 57, 62, 71, 72, 80, 89, 114, 130, 157, 165,166, 177, 178, 182, 192, 202, 213, 229, 244, 250, 261, 263, 266, 276, 278, 284, 305 və 311 nömrəli ümumi təhsil məktəblərinin məzunlarıdır".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man