Seçkidə saxtakarlıq edənləri nə gözləyir? - DİQQƏT

Siyasət 08 Fevral 2020 | 09:15
OXUNUB: 1595

Hüquqşünas, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvü İlkin Ağazadə seçki prosesində baş verə biləcək mənfi halların Cinayət Məcəlləsi ilə necə tənzimləndiyini açıqlayıb.

Sfera.az hüquqşünasın şərhini təqdim edir: 

Seçki prosesində vətandaşlar, dairəvə məntəqə seçki komissiyasının sədiri və üzvləri, məşvərətçilər, müşaidəçilər   digər istənilən şəxslər tərəfindən yol verilən qanun pozuntuları Azərbaycan Respublikası konstitusiyası, cinayət məcəlləsi, seçki məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir və müfaviq olaraq məsuliyyətə səbəb olur.

Vətəndaşlar seçki prosesində  bəzən yol verdikləri qanuna zidd əməllərin məsuliyyətini bilmirlər. İstərdim hər kəsin adi qəbul etdiyi bu məsələlərlə bağlı qısa bir məlumat verim.                            

Cinayyət Məcəlləsinin 159.1 – ci maddəsinə əsasən vətəndaşın seçki hüquqnun həyata keçirilməsinə mane olmaq, məsələn hər-hansı şəxsi qanunsuz olaraq seçkiyə buraxmamaq 6 aya qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə gətirib çıxara bilər.

Cinayyət Məcəlləsinin 159.3 - cü maddəsinə əsasən  vətəndaşın iradəsinin ziddinə səsverməyə məcbur etmə və ya onun səsverə hüququndan isdifadə etməsinə mane olma 2 ilə qədər azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırıla bilər. Buna misal olaraq hər hansı idarə rəhbərinin, məktəb direktorunun və s. rəhbər şəxslərin öz işçisini hər hansı bir şəxsə səsverməyə məcbur etmə və yaxud onun hər hansısa bir şəxsə səsverməsinə mane olma 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Cinayyət Məcəlləsinin 159-1.3 - cü maddəsinə əsasənbaşqa şəxsin yerinə səs verməyə şərait yaratma, məsəslən məntəqə sədrinin hər hansı bir şəxsi digər şəxsin yerinə imza etməklə seçkiyə buraxılması halında 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

Eyni məcəllənin 160- cı maddəsinə əsaəsən seçki komisyasının işinə müdaxilə etmə və ya hər hansısa bir qanunsuz təsir göstərmək 2 ilə dək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Buna misal olaraq bəzən mətbuatda  və digər kütləvi informasiya vasitələrində bu kimi hallarnan bağlı məlumatlar yayılır. Biz qeyd etmək istəyirik ki, bu hallara yol verilməsi yuxarıda qeyd etdiyimiz kimi 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.(modern.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man