“Bu da alınmadı. Nəyə sevinirsiniz?” – Arif Hacılı

Siyasət 15 Noyabr 2019 | 12:00
OXUNUB: 2129

Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyadan mühacirlərin deport olunmasına münasibət bildirib.

Sfera.az xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb:

"Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir. Azərbaycanda nə baş verir? Bu olaydan hərə öz məqsədi üçün yararlanmağa çalışır. Real TV və başqa dövlət kanalları şadyanalıq edir. Biriləri bundan siyasi opponentlərə qarşı istifadə etməyə çalışır. Deport olunanlar arasında bir neçə ailə, xeyli çocuqlar var. Onları ən azı saxlanma, aşağılanma, sorğu-sual gözləyir. O qadınların, çocuqların üzüntüsünü, ürəklərinin sızıltısını, o üzüntüyə görə məhv olan ataların iztirabını düşünürsüzmü? Onlar Avropaya kefindən getməmişdilər. Bu yolla həyatlarını xilas etmək istəyirdilər. Bu da alınmadı. Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz? Biz ki, belə amansız millət deyilik?! Bizə nə oldu?" (yeni sabah)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man