Rusiyanın Leninqrad əyalətində polis bankın qarşısında qadını döyərək qarət edən şəxslərdən birini saxlayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda qadının pilləkənlərdən çıxaraq bankın qapısını açdığı və qəfildən arxadan bir nəfərin onun paltosunun kapuşonundan btutaraq geriyə çəkdiyi görülür. Bundan sonra onu yumruqlamağa başlayır. Ardınca qadının çantasını güclə dartaraq əlindən alır və gəldiyi həmkarı ilə hadisə yerindən qaçırlar.
Qadının sözlərinə görə, qarətçilər onun bank kartlarını, mobil telefonunu və işlədiyi mağazaya aid 180 min rublu aparıblar.
Bildirilir ki, cinayətkarlardan biri hazırda saxlanılıb, ikincisi isə axtarılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man