Xüsusi qayğıya ehtiyacı olan uşaqlara hüquqi və sosial dəstək həyata keçirilir - FOTO

Maraqlı 17 Yanvar 2020 | 14:35
OXUNUB: 1454

Ölkə başçısı cənab İlham Əliyevin sosial sahədə apardığı islahatlar əhalinin sosial rifahının yüksəldilməsində, həssas qruplardan olan şəxslərə dövlət qayğısının artırılmasında önəmli addım olubr.

Cənab Prezidentin 1 iyun 2019-cu il tarixli imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam ilə çətin həyat şəraitində yaşayan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün göstərilən sosial xidmətlərin sayı artıb. Belə ki, bu həssas qrupa daxil olan uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzlərinin sayı da 58-ə çatdırılıb. Yeni yaradılan mərkəzlərdən biri də Daşkəsən rayonunda olan Günərzi Qayğı Mərkəzidir.

Mərkəz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən yaradılıb. Günərzi Qayğı Mərkəzində 8 nəfəri sağlamlıq imkanları məhdud uşaq olmaqla, ümumilikdə 30 nəfər 3-12 yaşlarında olan çətin həyat şəraitində yaşayan uşağa günərzi xidmətləri göstərilir. Burada onlar gündə 3 dəfə yeməklə təmin olunur. Bundan əlavə, onlara psixoloji dəstək göstərilir və həmçinin onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Təşkilat tərəfindən fəaliyyəti təşkil olunan digər bir Mərkəz isə Masallı rayonundadır. Burada da çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir, məktəbdə təhsil alan uşaqlara pedaqoqlar tərəfindən ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, onların ailələrinə hüquqi və sosial dəstək həyata keçirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man