Ermənistanın bölgələrində etiraz aksiyaları davam edir

Siyasət 09 Sentyabr 2019 | 14:38
OXUNUB: 1185

işsizlik problemi ilə bağlı itaətsizlik aksiyaları səngimir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Lori vilayətinin ən böyük kəndlərindən biri olan Saratovkada sakinlər kənd icra nümayəndəsinin özbaşınalığına son qoyulmasını tələb edirlər. Sakinlərin sözlərinə görə, icra nümayəndəsi Qarlin Markonyan kəndin problemləri ilə maraqlanmır. Etirazçılar bildiriblər ki, icra nümayəndəsi onları aldadaraq pay torpaqlarını əllərindən alıb. Torpaqlar saxta yollarla icra nümayəndəsi tərəfindən yaxın adamlarının adlarına sənədləşdirilib. Aksiya iştirakçılarının iddialarına görə, dəfələrlə Lori vilayəti qubernatoruna və ölkənin baş prokuroruna şikayətlər ünvanlansa da heç bir nəticə olmayıb. Onlar bəyan edirlər ki, tələbləri yerinə yetirilməsə növbəti aksiya hökumət binasının qarşısında keçiriləcək.

Bundan başqa Nikol Paşinyanla Qarabağ klanı arasında ziddiyyətlər dərinləşir. Belə ki, 1 mart hadisələri ilə bağlı qondarma rejimin sabiq təhlükəsizlik xidmətinin rəisi Vitali Balasanyan xüsusi istintaq komitəsinə çağırılıb. Dindirilmədən sonra Vitali Balasanyan bildirib ki, 1 mart hadisələrində baş nazir Nikol Paşinyan və sabiq prezident Levon Ter-Petrosyan günahkardırlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man