Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb.
Bu barədə Oxu.Az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb. Onun imzaladığı sərəncamla İsabayev Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncəo, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man