Lavrov Mnatsakanyanla Qarabağı müzakirə etdi

Siyasət 09 İyul 2019 | 17:24
OXUNUB: 3305

Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

 

RİA Novosti xəbər verir ki, görüş Slovakiyanın Vısokiye Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

 

"Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Ermənistan XİN-in məlumatında deyilir.

 

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

 

Xatırladaq ki, Slovakiyanın Vısokiye Tatrı dağlarındakı qəsəbədə ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər nazirliyinin qeyri formal görüşü keçirilir. "Keçmiş fəaliyyətdən gələcək preventiv tədbirlərə: ATƏT-in Avropada və onun hüdudlarından kənarda sabitliyin möhkəmlənməsinə töhfəsi” mövzusunda keçirilən görüşdə 57 ölkədən nazirlər və yüksək vəzifəli diplomatlar iştirak edirlər.

 

Görüşdə münaqişə zonaları, transmilli təhlükələr, iqtisadi və ekoloji problemlər də müzakirə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man