“Məxməri” dağıdıcılıq: Bakıda “5-ci kolon” aktivləşir

Siyasət 28 Yanvar 2019 | 14:52
OXUNUB: 4631
2000-ci illərin əvvəllərindən başlayaraq, dünyanın bir çox dövlətlərində qeyri-qanuni olaraq dövlət çevrilişləri, rəngli və məxməri inqilabların şahidi oluruq. Sual olunur: məgər Ukrayna, Suriya, Liviya kimi ölkələr dünyanın hansı ölkələrindən daha qəddar, daha zalım və anti-demokratik rejimə malik idilər?

Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Liviya və Suriya son dərəcə müstəqil və müvəffəqiyyətliydi, buna görə bu rejimlərə son qoymaq lazım idi; Ukrayna geopolitik mövqeyinə görə strateji mövqedə idi, bu ölkəni xaosa çevirib, Rusiya ilə NATO arasında minimal məsafə qoymaq lazım idi.

"Liviya Qəzzafinin dönəmində sosial və varlı bir ölkəydi. Vətəndaşlar pulsuz təhsil və tibbi xidmət hüququna malik idilər, yeni evlənənlər pulsuz mənzil alırdılar, Liviyadakı İnsan İnkişafı İndeksi (İİİ) Afrikada ən yüksəklərdən biriydi. Suriyada sabitlik və müxtəlif etnik qruplar arasında konsensus mövcud idi. Pis- yaxşı, ölkədə normal yaşayış var idi. Əsədi, Qəzzafini diktator adlandırmaq, amma onların qonşuluqlarındakı liderləri qırmızı xalçalarla qəbul etmək təbii ki, alım-verim dünyasındakı bir çox dəyərlərdən xəbər verir. Əlbəttə, bütün bu qondarma inqilablar haqqında uzun-uzadı danışmaq olar. Lakin, fikrimcə, ağlı başında olan hər kəs yaxşı başa düşür ki, müasir dünyada inqilabların arxasında xarici qüvvələr həmişə əsas faktor olublar. Siz indiyə qədər dünyanın hansı coğrafi mövqeyinə görə lazımsız, təbii sərvətlərinə görə kasıb dövlətində inqilabın şahidi olmusunuz? Məgər, Afrikanın hansısa N dövləti və ya Qərbin bəlli qruplarına loyallığı ilə seçilən, zəngin təbii sərvətlərə malik olan ərəb dövlətlərinin hansında demokratik rejimlər mövcuddur? İnqilablar bir kənara, bu dövlətlərin ABŞ-ın Dövlət Departamenti və ya Qərbin hansısa qurumunun tənqidinə məruz qaldığını görmüsünuzmü? Praktika göstərir ki, çevriliş bir neçə mərhələdən keçir. Birinci mərhələdə planlaşdırılmış etirazlar, ikinci mərhələdə provokasiyalar və qətllər... Bu BMT-nin və digər qurumların qərnamələr qəbul etməsinə gətirib çıxarır”, - deyə ekspert bildilib.

Həmsöhbətimizin sözləri görə, üçüncü mərhələdə silahlı üsyan və hökuməti devirmək planı reallaşır. Əgər bu planlar baş tutmursa, o zaman vətəndaş müharibəsi başlayır:

"Yuxarıda adlarını çəkdiyim bütün dövlətlərdə bu ssenarilərə rast gələ bilərsiniz. Sadə xalqa zorakılığın və dövlətə xəyanətin izlərini görmək bir qədər çətin ola bilər. Ancaq bu qruplar kütlə psixologiyası, kütlənin manipulyasiyası üzrə əsl ekspertdirlər. Bu istiqamətdə ixtisaslaşan minlərlə işçi əvvəlcədən planlaşdırılmış şəkildə bəlli dairələrin maraqlarına cavab verməyən siyasi hakimiyyətlərin varlığına son qoymaq üçün ən böyük cinayətlərə belə hazırdırlar. Sosial mühəndisliyin ustaları etiraz və üsyanlar təşkil etməkdə əvəzsizdirlər. Məsələn, bir neçə fitnəkar və satın alınmış ictimai liderin gücüylə 1000 nəfərin iştirakıyla etirazı asanlıqla təşkil etmək, sonra isə qiyama çevirmək mümkündür. İğtişaşlar başlanan kimi dinc etirazçılar "sürü hissi” üzündən təhlükəli qüvvəyə çevrilirlər. Və kütlə psixologiyası öz sözünü deməyə başlayır”.

Politoloq bildirib ki, bu gün qlobal müstəvidə Rusiya ilə Qərb arasında kəskinləşən qarşıdurma dünyanın yenidən qütbləşməsinə gətirib çıxarır. "İnsan hüquqları”, ”söz azadlığı” və "demokratiya” adı altında bu respublikalarda qərbpərəst siyasi təşkilatlar yaradılır:

"Beşinci kolon” adlandırılan bu qruplaşmalar illərdir Qərbin kəşfiyyat orqanları tərəfindən təlimatlandırılaraq lazım olan anda hərəkətə keçmək üçün hazır dayanırlar. Rəngli inqilablarla istənilən ölkəni qarışdıraraq, onun "ipə-sapa yatmayan" siyasi rəhbərliyini devirməklə öz nəzarətinə alan Qərb ölkələri ayrı-ayrı postsovet respublikalarında da "beşinci kolon”u səfərbər etməyə başlayıblar. Bütün bunları nəzərə alaraq, biz azərbaycanlılar xüsusilə ehtiyatlı olmalı, müxtəlif dairələr tərəfində idarə olunan qondarma liderlərə taleyimizi etibar etməməliyik”.

Politoq qeyd edib ki, bu gün Azərbaycan öz milli maraqlarına reallaşdırmağa çalışan, bir çoxlarının qibtə ilə baxdığı bir dövlətdir:

"Son 2018-ci il ərzində Bakı öz siyasi, iqtisadi və geostrateji çəkisini daha da möhkəmləndirmişdir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsi heç də asan məsələlər deyildi. Əgər güclü iradə, millilik, həmrəylik olmasa, bu layihələr baş tutmazdı. Son dövrlərdə Azərbaycanın siyasi, iqtisadi layihələri uğurla reallaşdırmasında Prezident İlham Əliyevin prinsipial mövqeyi, diplomatik çevikliyi xüsusi rol oynadı. Reallaşması müxtəlif dairələr tərəfindən şübhə altına alınan, buna baxmayaraq, reallaşdırılan regional layihələr bir çox dairələrin maraqlarına cavab vermədiyindən Azərbaycana qarşı müxtəlif vaxtlarda pressinqlərin şahidi oluruq. Lakin Azərbaycan nə Suriyadır, nə Liviya, nə də Ukrayna. Biz öz dövlətimizi qorumağı bacaracağıq. Onsuz da tarix boyu xarici dövlətlərin aqressiyası daxili düşmənlərimiz üzündən başımıza çox bəlalar gəlibdir. Və sonda bir daha xüsusilə vurğulamaq istəyirəm: Məgər Ukrayna, Liviya, Qırğızıstan, Misir, Tunis kimi dövlətlər indi daha yaxşı yaşayırlar? Əksinə, bu dövlətlərin hər biri bu gün parçalanma ilə üz-üzədirlər. Bu dövlətlərin hər birinin bu gün dövlət müstəqilliyi və ərazi bütövlüyü sual altındadır”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man