ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı ölümlə hədələyən şəxs Cənubi Kaliforniyada saxlanılıb.
Sfera.az bildirir ki, məhkəmə sənədlərinə görə, Arizona ştatında yaşayan Manuel Tamayo-Torres adlı şəxs sosial mediada paylaşdığı videolarda Trampa və ailəsinə hücum edəcəyini bildirib.
O, noyabrın 21-də yayımladığı videoda, “Onların hamısı öləcək” deyib. Qeyd olunub ki, Torres Tramp və ailəsini uşaq oğurluğu və insan alverində ittiham edib.
Ona qarşı irəli sürülən ittihamlara prezident seçkilərinin qalibini təhdid etmək və saxta bəhanələrlə silah almaq daxildir. Səlahiyyətlilər həmçinin qeyd ediblər ki, şübhəli 2003-cü ildə 5 il həbs cəzasına da məhkum edilib. Onun vəkili hələlik açıqlama verməyib. Federal prokurorlar isə Tamayo-Torresin paylaşımlarını “davamlı təhdid” kimi qiymətləndiriblər.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man