İsraillə "Hizbullah" arasında ATƏŞKƏS: Müharibə sona çatır? - ŞƏRH

Siyasət 28 Noyabr 2024 | 12:23
OXUNUB: 2296

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. Sözügedən sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq.

 

Bunu İsraillə "Hizbullah" arasındakı atəşkəsi müharibənin başa çatması kimi qiymətləndirmək olarmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, “Hizbullah”ın atəşkəs üzrə bundan sonrakı fəaliyyətini təmin etmək məsuliyyətini Livan tərəfi daşıyır:


“İsraillə “Hizbullah” arasındakı hərbi əməliyyatların daimi dayandırılması üçün nəzərdə tutulan atəşkəs sazişinin tərəfləri Livan və İsraildir. Bu atəşkəs ilk baxışda Livan və İsrail üçün qələbə, İran, “Hizbullah” və HƏMAS üçün ağır itki kimi başa düşülür. Ancaq ABŞ, Fransa, İsrail və Livan “Hizbullah”la İranın qarşısını ala bilməsə, Tehran regionda uğursuzluq zəncirinin bir həlqəsini qırmış olacaq”. 


 
Politoloq qeyd edib ki, İran uğursuzluqlarının davamının gəlməməsi və özünü toplamaq üçün İsrailə dolayı yolla Yaxın Şərqdə “güzəştə getməyə” məcbur oldu:

 

“Bunun başqa bir səbəbi Qərblə İran arasındakı nüvə danışıqlarıdır. Yəqin ki, Tehran Qərb tərəfindən verilə biləcək güzəştlərin müqabilində İsraillə başqa cür, daha dəqiqi nisbətən loyal oynamaq imkanını nəzərdən keçirir.  İranın “oyunu” perspektivdə özü üçün mühüm dəyişikliyə yol açmağa fokuslana bilər. Çünki İran 2025-ci ildən səlahiyyətlərinin icrasına başlayacaq Donald Trampın mümkün təcrid siyasətini və təzyiqlərini azaltmaq üçün fürsət axtarır. Şübhə yoxdur ki, İran “Hizbullah”ın atəşkəsə əməl etməsinə “kömək etmək” öhdəliyini götürəcək. Bu, Tramp administrasiyasının perspektiv təzyiqlərini azaltması üçün motivasiya ola bilər. Lakin İranın nüvə silahına təhlükəli yaxınlaşması barədə hesabatlar fikir dolaşıqları yaradır.  Ümumilikdə hadisələrin ən gur səsi Suriyada çıxmaqdadır, beləliklə, Suriyada bütün oyunlar pozula bilər”.

 

Firuzə Əliyeva
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man