Kamala Harris siyasi fəaliyyətini necə davam etdirəcək?

Siyasət 26 Noyabr 2024 | 16:43
OXUNUB: 1265

"ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris prezident seçkilərində uduzsa da təslim olmayacaq və siyasi karyerasını davam etdirəcək". 


Sfera.az “Politico”ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı Harrisə yaxın mənbə açıqlayıb. Harris 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürməyi və ya 2026-cı ildə doğma Kaliforniya ştatında qubernator vəzifəsini tutmağa cəhd edəcək. 


Nəşrin məlumatına görə, vitse-prezident qış tətilində ailə üzvləri və yaxın məsləhətçiləri ilə bu və digər variantları araşdıracaq. 


Lakin buna qədər o, 2025-ci il yanvarın 6-da ABŞ Konqresinin seçkilərin nəticələrinin təsdiqlənəcəyi iclasına sədrlik edəcək, həmçinin yanvarın 20-də Trampın andiçmə mərasimində iştirak edəcək. Bundan sonra Harris ABŞ vitse-prezidentinin rəsmi iqamətgahının yerləşdiyi Dəniz Rəsədxanasını tərk edəcək. 


Kamala Harris yoldaşı ilə birgə Los-Ancelesdəki evlərinə köçəcək və ya başqa yerdə yeni iqamətgah yaradacaq. 


Harrisin müttəfiqləri əmindirlər ki, onun prezident seçkilərindəki məğlubiyyəti siyasi gələcəyinə xələl gətirməyəcək. Müttəfiqləri hesab edirlər ki, seçkilərdəki məğlubiyyətində Harris yox, hazırkı Prezident Co Bayden günahkardır. 


Vasif
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man