Ermənistanın Baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında mübahisə yaranıb.
Sfera.az bildirir ki, bu barədə “Past” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Paşinyan ölkənin Xarici İşlər Nazirliyinin demək olar, bütün rəsmi avtomobillərini ixtisar etmək qərarına gəlib.
Mirzoyan Baş nazirə xarici qonaqları qəbul etmək və onları müşayiət etmək üçün idarə maşınlarının lazım olduğunu deyərək vəziyyəti düzəltməyə çalışıb. Bununla belə, nəşrin yazdığına görə, hökumət başçısı aydın şəkildə bildirib ki, alternativ variantları, məsələn, avtomobillərin icarəsini axtarmaq lazımdır.
“Past” öz mənbəsinə istinadən qeyd edib ki, Mirzoyanın Paşinyanı razı sala biləcəyi hələlik bəlli deyil, lakin bu məsələ onların münasibətlərinə təsir edib.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man