Donald Tramp ABŞ-nin əsas ticarət tərəfdaşı olan ölkələri yeni gömrük tarifləri ilə hədələyib.
Sfera.az xəbər verir ki, Tramp açıqlamasında qonşuları Kanada və Meksikanı, eləcə də Çini hədəfə alıb.
Bazar ertəsi “Truth” sosial şəbəkəsindəki paylaşımlarında Tramp Çindən gələn mallara 10 faiz, Meksika və Kanadadan gələn bütün məhsullara isə 25 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini bildirib.
Trampın açıqlamasından sonra Kanada dolları son dörd ilin ən aşağı səviyyəsinə düşüb, Meksika pesosu isə 2022-ci ildən bəri ən zəif səviyyəsinə yaxınlaşıb.
Çin yuanı da müəyyən qədər dəyər itirib.
Tramp yeni tarifləri qeyri-qanuni narkotik vasitələrin və sərhədləri keçən immiqrantların axınının qarşısını almaq üçün zəruri addım adlandırıb. Yeni prezident bildirib ki, narkotiklər ABŞ-yə əvvəllər görülməyən səviyyədə axır. Onun sözlərinə görə, narkotik axınının güclənməsinin əsas səbəbi Meksikadır.
Tramp gömrük tariflərinin artırılmasına dair fərmanını vəzifəyə başladığı ilk gündə imzalayacağını söyləyib.
Vasif
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man