Zahid Oruc: ” Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarusdan xahiş edək ki..."

Siyasət 25 Noyabr 2024 | 17:46
OXUNUB: 3162

"Qlobal təhlükələrin artdığı dövrdə ərzaq təminatı birinci yerdə dayanır".

 

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında deyib. 

 

“Layihədə göstərilir ki, idxal olunan malların həcmi cari ilin birinci yarısında 13 milyard manat təşkil edib ki, onun da  40 faizi, yəni 5 milyard manatdan çoxu istehlak mallarıdır. Göründüyü kimi, idxaldan asılılıq artıb. 2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 1.1 milyard manatdan çox vəsait ayrılıb. Lakin Palatanın rəyində vurğulanır ki, aqrar sahəyə son 7 ildə 3 milyard manatdan çox subsidiya verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, lakin subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri 12 % azalıb. 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılsa da, nəticə arzuolunan səviyyədə deyil. Cari ildə ölkəmizə 104 milyon manat dəyərində diri heyvan gətirilib. Əhalinin tələbatının 80 faizi qədər kartof, 35 faizi qədər ət, 50 faizi miqdarında süd istehsal olunur”, - millət vəkili qeyd edib.

 

Deputat qeyd edib ki, Qərbin texnologiyalarından imtina edə bilmərik, lakin hibrid məhsullar menyumuzu işğal etməli deyil:

 

“Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini  Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır”.


Firuzə Əliyeva
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man