“Azərbaycan Cənubi Qafqazın digər dövlətləri ilə müqayisə olunmamalıdır”.
Sfera.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin 25 noyabr 2024-cü il tarixli plenar iclasında çıxışı zamanı deyib.
“Bəzi hallarda eşidirik ki, Azərbaycanı Cənubi Qafqazın digər dövlətləri ilə müqayisə edirlər. Lakin indi Azərbaycan ancaq Avropanın müəyyən inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər”, - millət vəkili bildirib.
S.Novruzov qeyd edib ki, hər il dövlət büdcəsinin artması sevindirici haldır:
“Nəticədə nəzərdə tutulmuş bütün sahələrdə işlərin getməsi üçün olan vəsait öz əksini tapır. Azərbaycanın özündən asılı olmadan düşdüyü vəziyyətlər var ki, mütləq vəsait ayrılmalıdır. Məsələn, ermənilər tərəfindən Azərbaycan torpağına yerləşdirilən bir milyondan çox minanı təmizləmək üçün vəsait ayrılmalıdır. 30 ildə bizim məktəblər, xəstəxanalar, yaşalış evləri dağıdılıb. Hər il 4 milyard bura pul ayrılır. Bu olmasaydı, bu məbləğ başqa sahələrə yönləndirilərdi. 30 ildən çox qaçqın saxlamışıq, onlara vəsait ayırmışıq. Bu gün ətrafımızda silah anbarları yaranıb. Azərbaycan müdafiə və təhlükəsizlik məsələlərini məcburi şəkildə gücləndirir. Bu addımlar atılmalıdır və biz də dəstəkləyirik”.
Deputat sonda hərbçi, mühəndis, müəllim, həkim və bu kimi kateqoriyalara aid insanların regionlarda işləyərkən aldıqları kirayə haqlarına bir daha baxılması və artırılmasını təklif edib.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man