"Bu, İrana qarşı sanksiyaların daha da genişlənməsinə yol açacaq" - AÇIQLAMA

Siyasət 25 Noyabr 2024 | 15:07
OXUNUB: 4201

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, sözügedən proses nüvə silahının əldə edilməsi istiqamətində yeni imkanlar yaradır:

 

“Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurasının iclasında İrana qarşı qəbul edilən qətnaməyə cavab kimi dəyərləndirir. AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib. Ötən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE)  rəhbəri İranda oldu və danışıqlar apardı. Aparılan danışıqlara rəğmən, İran uranın zənginləşdirilməsində və nüvə silahı əldə etməkdə maraqlıdır. Anti-İran mövqeyi ilə seçilən Donald Trampın prezident seçilməsi İranla “Altılıq ölkələri” arasında mümkün danışıqlar prosesinin yenidən başlanmasının üstündən xətt çəkdi”.

 

Ekspert bildirdi ki,  ABŞ-nin yeni administrasiyası İranla bu kontekstdə heç bir danışıqlar aparmayacaq: 

 

“Bundan əlavə, Vaşinqton İrana qarşı hərbi təzyiqləri artıra bilər. Ona görə də İran rəhbərliyi çəkindirici amil kimi nüvə silahının yaradılmasında maraqlıdır. Təbii ki, İranın nüvə silahı əldə etməsi, heç də onu istifadə edəcəyinə və çəkindirici bir alət olmasına gətirib çıxarmayacaq. İrana qarşı sanksiyaların daha da genişlənməsinə yol açacaq”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man