"Rusiya artıq NATO-nu hədəf alır, ancaq Moskvanın ABŞ-yə zərbə endirməsi..." - ŞƏRH

Siyasət 25 Noyabr 2024 | 13:07
OXUNUB: 1057

Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ hakimiyyəti Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verdi. Kiyevin müvafiq hücumlarından sonra Putin yenilənmiş nüvə doktorinasını təsdiqlədi.  Kremlin sözçüsü Dmitri Peskov isə sözügedən sənədin ABŞ administrasiyası üçün siqnal sayıla biləcəyini vurğulayıb. “Burada heç bir təsadüf yoxdur, müəyyən bir qanunauyğunluqlar var”, - Peskov qeyd edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, yenilənmiş nüvə doktrinasında diqqət çəkən bir neçə məqam var. Onun sözlərinə görə, Rusiya artıq NATO-nu hədəf alır:

 

“Son qərar Vaşinqtonun savaşdakı iştirak dərəcəsini artırır. Lakin Rusiyanın birbaşa ABŞ-yə cavab verəcəyi inandırıcı görünmür, buna Moskvanın cəsarəti çatmaz. Çox güman, ABŞ-nin müdaxiləsinə cavab olaraq Rusiya digər – daha zəif Alyans ölkələrinə zərbə endirmək barədə düşünür. Bu baxımdan Baltikyanı ölkələr üçün risk daha çoxdur. İstisna deyil ki, yaxın günlərdə Baltikyanı ölkələr özlərinin təhlükəsizlik və müdafiə qabiliyyətini artırmaq barədə məlumat yayacaqlar”.

 

Müsahibimiz qeyd etdi ki, yenilənmiş nüvə doktrinasında Belarusun adının xüsusi çəkilməsi də maraqlıdır:

 

“Belə nəticəyə gəlmək olar ki, Moskva və Minsk bundan sonra da ümumi təhdidlərə qarşı birgə mübarizə aparacaq.  Yenilənmiş nüvə doktrinası həm də Rusiyanın nüvə silahından istifadən etməsi ehtimalını artırır.  Ümumilikdə demək olar ki, bu sənəd  Rusiyanın Avropa ölkələrinə hücum etməsi və nüvə silahını tətbiq etməsinə zəmin yaratmaq cəhdidir.  Artıq müharibədə yeni mərhələ başlayıb. Bu mərhələ daha gərgin olmaqla yanaşı, həm də, həlledicidir. İstisna deyil ki, Kreml bir müddətdən sonra daha riskli qərarlar qəbul edəcək”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man