Sülh sazişinin imzalanması üçün ilk növbədə onun mətni üzərində işi tamamlamaq lazımdır və mətndə hələ də açıq qalan bəzi məsələlər üzrə razılığa gəlmək perspektivlərini müsbət qiymətləndiririk.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu yaxınlarda Budapeştə səfəri zamanı "Magyar Nemzet" qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Sülh prosesinin uğurla başa çatmasının əsas maneəsi Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.
"Sülhün davamlılığı və dönməzliyi üçün Ermənistan öz əsas qanununa müvafiq düzəlişlər etməli, Azərbaycanın Qarabağ bölgəsinə iddialarını birdəfəlik istisna etməlidir. Axı münaqişənin ilk günündən onun əsas səbəbi Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları olub. Beləliklə, hətta sülh müqaviləsinin mətnini razılaşdırmaq mümkün olsa belə, Ermənistanın hüquqi və konstitusion bazası da ona uyğunlaşdırılmalıdır ki, sülh sazişi təkcə indiki deyil, həm də Ermənistanın gələcək hökumətlərini yaşaya bilsin. Bu gün, həqiqətən, razılaşmaya nail olmaq üçün çox yaxşı şanslar var, lakin "top" düzgün qərar qəbul etməli olan Ermənistan tərəfindədir".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man