"Rusiya daxilinə zərbələrin endirilməsinə NATO müttəfiqləri qərar verəcək" - Rutte

Siyasət 19 Noyabr 2024 | 17:38
OXUNUB: 3633

"Rusiya daxilinə zərbələrə icazə verilib-verilməməsinə NATO müttəfiqləri qərar verəcək".

 

Sfera.az xəbər verir  ki, bunu Alyansın Baş katibi Mark Rutte Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının Müdafiə Nazirləri formatında keçirilən iclasında deyib.

 

"Bu gün biz Ukraynaya qalib gəlmək üçün necə kömək edəcəyimizi müzakirə edəcəyik. Bu, daha çox yardım, daha çox pul deməkdir", - o bildirib.

 

Xatırladaq ki, noyabrın 17-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiya daxilində zərbələr üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Daha sonra ABŞ Dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols bu məlumatı təsdiqləyib. Aİ-nin xarici siyasət komissarı Cozep Borrell bəyan edib ki, bəzi Aİ ölkələri də Ukrayna ərazisindən Rusiya ərazilərinə zərbələr endirmək üçün öz silahlarından istifadə etməyə icazə veriblər.Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, Rusiyanın yenilənmiş nüvə doktrinasında Kiyevin Rusiyaya qarşı Qərb istehsalı olan adi raketlərdən istifadə etməsinə cavab olaraq potensial nüvə zərbəsi nəzərdə tutulur. Bundan əvvəl o, Qərbin son qərarını eskalasiyanın keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmişdi.

 

Firuzə Əliyeva
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man