G20 Liderlər Sammitinin bəyannaməsi dərc olundu - DETALLAR

Siyasət 19 Noyabr 2024 | 14:58
OXUNUB: 2276

G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub.

 

Sfera.az bildirir ki, məlumat Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən 19-cu toplantının ilk günündə açıqlanıb. Bəyannamədə İsrail-Qəzza-Livan məsələlərinə, Rusiya ilə Ukrayna arasındakı müharibəyə diqqət çəkilib. 

 

Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq və enerji təhlükəsizliyinə, təchizat zəncirlərinə, makromaliyyə sabitliyinə, inflyasiyaya mənfi təsir edib. Burada münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

 

“Hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləyən bütün müvafiq və konstruktiv təşəbbüslər alqışlanır. Diplomatiya və dialoq, eləcə də münaqişələrə və böhranlara son qoymaq səyləri vacibdir. Davamlılıq və rifah yalnız sülh yolu ilə əldə edilə bilər”, - bəyanatda qeyd olunub. 

 

İqlim böhranı ilə mübarizədə G20 ölkələrinin qətiyyətinə diqqətin çəkildiyi bəyannamədə bunlar da əks edilib: “Yoxsul ölkələr üçün daha çox maliyyəyə ehtiyac var. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün dövlət və özəl iqlim üzrə maliyyə və investisiyaların artırılması üçün beynəlxalq əməkdaşlığın, dəstəyin artırılması vacibdir. Dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün beynəlxalq iqtisadi sistem təşviq edilməlidir. Bu, dövlət və özəl sektorun maliyyələşdirilməsinə yönəldilməlidir”.

 

Bəyannamədə meşələrin mühafizəsi və davamlı şəkildə qorunması istiqamətində səylərin gücləndirilməsinin vacibliyi də vurğulanıb. Paris İqlim Sazişinin məqsədlərini xatırladan sənəddə, üzv ölkələrin təmiz, davamlı, ədalətli, əlverişli və əhatəli enerji keçidlərini sürətləndirmək öhdəliyi və əsrin ortalarına qədər karbon neytrallığına çatmaq məqsədi bir daha bildirilib. 

 

Digər tərəfdən, sammitdə Braziliyanın super varlılar üçün qlobal vergi yaratmaq təklifi də müzakirə edilib. Sammitdə vurğulanıb ki, dünyanın 3300 milyarderi sərvətlərinin 2 faizini yaşadıqları ölkələrdə qlobal vergi kimi xərcləsələr, yoxsulluqla mübarizə layihələrinin maliyyələşdirilməsi üçün ildə 200-250 milyard dollar toplamaq mümkün olacaq. 

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man