Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin Dövlət Büdcəsi layihəsi” birinci oxunuşda müzakirə edilib. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə 2025-cü il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının qeyd edilməsidir.
Sfera.az bildirir ki, deputat Vüqar Bayramov sözügedən məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istədiyini vurğulayıb:
“Güman edirəm, yaxın günlərdə rəsmi əsaslandırma təqdim olunar. Qeyd edim ki, palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib. Bununla yanaşı, prezident həm minimum əməkhaqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilir. Xatırladım ki, həm minimum əməkhaqqı, həm də minimum pensiya məbləğləri prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni hər hansı strateji sənədlərdə minimum əməkhaqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarlar dövlət başçısı tərəfindən qəbul olunur”.
Millət vəkili bildirdi ki, həm minimum əməkhaqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq:
“Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz. Milli Məclisdə keçirilən iclasda bildirdim ki, minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man