Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 19-20-də Braziliyada keçiriləcək G20 sammitində Ukraynadakı münaqişənin dondurulmasına yönəlmiş sülh planını təqdim edəcək.
Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, planda Ukraynanın NATO-ya daxil olması məsələsinin müzakirəsini ən azı on il təxirə salmaq, həmçinin beynəlxalq qoşunların yerləşdirilməsi ilə Donbassda hərbsizləşdirilmiş zona yaratmaq təklif olunur.
Məlumata görə, bundan əlavə, Ərdoğan NATO ilə inteqrasiyadan imtina etdiyinə görə Kiyevə təzminat kimi hərbi təchizat təklif etməyi planlaşdırır.
“Türkiyə hakimiyyəti bu planı ən real variant hesab edir. Baxmayaraq ki, onlar planın Ukrayna üçün çətin olduğunu dərk edirlər. Ərdoğan həmçinin Zelenskini İstanbulda danışıqlarda iştirak etməyə razı salmağa ümid edir. Çünki Türkiyə prezidentində davam edən hərbi əməliyyatlar nəticəsində Ukrayna üçün mümkün ərazi itkiləri barədə məlumat var”, - “Bloomberg” qeyd edib.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man