Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətləri üçün 2 520 müraciət daxil olub

Siyasət 08 Noyabr 2024 | 18:42
OXUNUB: 2758

Bu ilin noyabrın 1-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 2 520-dən çox müraciət daxil olub.

 

Sfera.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda yayımlanan "İslahat icmalı"nda qeyd olunub.

 

Müraciət edənlərdən 503-ü xarici, 2 017-si yerli şəxslərdir. Müraciətlərin 1 479-u investisiya layihələri ilə bağlı olub, onların 4 %-i xarici, 96 %-i isə yerli investorlar tərəfindən təqdim edilib.

 

İnvestisiya layihələrinin 56 %-i ticarət və xidmət, 8 %-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət, 17 %-i sənaye, 19 %-i isə kənd təsərrüfatı sahələrini əhatə edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man