Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.
Sfera.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
"Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının "yaşıl iqtisadiyyata" keçidi ilə bağlı təşəbbüslərinin daha da artması istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.
Tədbir zamanı keçiriləcək yüksək səviyyəli görüşlərdə məhsuldar danışıqlarımızı, çoxtərəfli əməkdaşlıq üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm", - Özbəkistan Prezidenti vurğulayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man