ABŞ Prezidenti Co Bayden demokrat namizəd Kamala Harrisə dəstək mesajı verib.
Sfera.az bildirir ki, Ağ Evdən verilən açıqlamaya görə, Bayden Harrisi kampaniya boyu göstərdiyi səylərə görə qiymətləndirib. O, Harrisin seçki gününə qədər tarixi kampaniya apardığını deyib.
“Prezident seçiləndən sonra Harrisi vitse-prezident təyin etməyim verdiyim ilk və ən yaxşı qərar idi. O, fövqəladə şəraitdə önə çıxdı və tarixi bir kampaniyaya rəhbərlik etdi”, - Bayden vurğulayıb.
Digər tərəfdən, Minnesota qubernatoru Tim Uolz “X” hesabında Kamala Harrisə təşəkkür edib. O, Harrisə onu vitse-prezidentliyə namizəd kimi irəli sürdüyünə görə minnətdarlığını bildirib. “Seçkinin nəticəsi istədiyimiz kimi olmasa da, kampaniyaya dəstək verən milyonlarla Amerika vətəndaşına təşəkkür edirəm”, deyə Uolz qeyd edib. O həmçinin demokrat seçiciləri kampaniyanın əsas dəyərləri uğrunda mübarizəni davam etdirməyə çağırıb.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp seçilib və ölkənin 47-ci prezidenti olub. Harris çıxışında seçkilərdəki məğlubiyyətini qəbul etdiyini açıqlayıb və Trampa zəng edərək onu təbrik etdiyini bildirib. Eləcə də Bayden Trampa zəng edərək, onu seçkilərdəki uğuruna görə təbrik edib və Ağ Evə dəvət edib.
Qeyd edək ki, 2025-ci il yanvarın 20-də Donald Trampın andiçmə mərasimi olacaq.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man