Prezident o toplantıda iştirak etməyəcək

Siyasət 06 Noyabr 2024 | 22:22
OXUNUB: 1030

Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin noyabrın 7-də Budapeştdə keçiriləcək Zirvə toplantısında iştirak etməyəcək.

 

Sfera.az-ın məlumatına görə, Azərbaycan dövlət başçısının tədbirdə iştirak etməməsinin əsas səbəbi iş qrafikinin gərginliyi ilə bağlıdır. 

 

Belə ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının noyabrın  5-6-da Bişkekdə keçirilən Zirvə toplantısında iştirak edib. Noyabrın 8-də isə dövlət başçısı Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.

 

Qeyd edək ki, Avropa Siyasi Birliyi (European Political Community, EPC) Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forumdur. Prezident İlham Əliyev qurumun 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı  Praqa şəhərində, 2023-cü ilin iyununda Moldovanın paytaxtı  Kişinyov şəhərində, bu ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man