Əli Əsədov Məhəmməd Əbdülsalamla görüşdü

Siyasət 06 Noyabr 2024 | 14:35
OXUNUB: 3904

Baş nazir Əli Əsədov noyabrın 6-da Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin əhəmiyyəti vurğulanıb.

 

Qeyd edilib ki, Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlər keçirilir.

 

Multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzi olduğu bildirilərək fərqli etnik dəyərlərə, mədəniyyətlərə və dinlərə malik xalqların əsrlər boyu ölkəmizdə davam edən mehriban birgəyaşayışının bunu təsdiq etdiyi vurğulanıb.

 

Müasir dövrdə Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.

 

2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması bütün İslam dünyası tərəfindən Azərbaycana göstərilən böyük dəstəyin təzahürü kimi qiymətləndirilib.

 

Müsəlman Ağsaqqalları Şurasının Azərbaycanın İslam həmrəyliyinə verdiyi mühüm töhfələri, həmçinin ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirdiyi bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man