"Telefon və notbuk xəbərdarlığı normal haldır, sadəcə xof yaratmaq istəyirlər" - Osman Gündüz

Siyasət 06 Noyabr 2024 | 12:50
OXUNUB: 2282

Sosial şəbəkələrdə COP29-da Azərbaycana gələn nümayəndələrə yalnız birdəfəlik telefonlar və notbuklar verilməsi ilə bağlı bəzi iddialar yayılıb. İddia edilir ki, ölkəmizə səfər edən şəxslərə bu avadanlıqların verilməsi sırf Azərbaycana qarşı atılan addımdır.

 

Maraqlıdır, birdəfəlik istifadə üçün telefon və notbuk xəbərdarlığı yalnız Azərbaycanlamı bağlıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, birdəfəlik telefon və notbuklar təhlükəsizlik məqsədilə istifadə edilir və məlumat sızmasını əngəlləyir.Belə ki, həmin avadanlıqlar qısa müddətlik bir neçə zəng üçün nəzərdə tutulur, internetə çıxış olmur, yalnız SMS funksiyası aktiv olur, istifadəçi məlumatları telefonda saxlanılmır və sonradan məhv edilir.

 

AİF prezidentinin sözlərinə görə, bəzi ölkələr Azərbaycana səfərin təhlükəli ola biləcəyi ilə bağlı xof yaratmaq istəyirlər:

 

“Bəzi ölkələr və beynəlxalq qurumların COP29-da iştirak edəcək nümayəndələrinə bu tip avadanlıqlar təqdim etdikləri bildirilsə də, xaricdəki müəyyən dairələr bunun məhz Azərbaycana qarşı edildiyini qabardırlar. Guya, burada hansısa bir Conun şəxsi telefonuna kibermüdaxilə ola bilər və məlumatları ələ keçirilə bilər. Əslində isə əksəriyyət ölkələrdə və beynəlxalq qurumlarda təhlükəsizlik məqsədilə belə bir praktikadan istifadə edilir.  Əməkdaşlarının, yaxud müxtəlif olimpiada və beynəlxalq tədbir iştirakçılarının kibertəhlükəsizliyinin qoruması üçün bu tip addımlar atılır. Yəni yalnız rəsmi şəxslər üçün deyil, adi vətəndaşlar üçün də belə hallar olur. Bu yalnız Azərbaycana səfər edənlər üçün deyil”. 

 

O.Gündüz qeyd edib ki, bir çox xarici ölkəyə səfərlərdə belə praktika normal hal hesab olunur:

 

“Səksən minlik bir tədbirə qatılan bəzi informasiya daşıyıcıları üçün təhlükəsizlik xidmətləri tərəfindən belə tövsiyələrin verilməsi ağlabatandır. İnformasiya təhlükəsizliyi ilə bağlı risklər hər yerdə var. Sadəcə bunun yalnız Azərbaycanla bağlı olmasını qabartmaq, doğru bir hal deyil, qarayaxmadır.

 

Çox sayda ölkənin təhlükəsizlik xidmətləri hətta müxtəlif ölkələrdə keçirilən hansısa olimpiadalara gedən idmançılarına da belə tövsiyələr verirlər. İstisna etmirəm ki, bizim xüsusi xidmət qurumları da bəzi xarici tədbirlərdə iştirak edən dövlət rəsmilərimiz, əhəmiyyətli informasiya daşıyıcısı ola biləcək vətəndaşlarımız üçün də bu tip tövsiyələr verirlər. Yəni belə praktikanın olmaması təəccüblü olardı”.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man