"Tramp öndədir, ancaq seçkilərdə son sözü “paslı qurşaq” deyəcək" - AÇIQLAMA

Siyasət 06 Noyabr 2024 | 10:25
OXUNUB: 1224

Xəbər verdiyimiz kimi, ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. İndiyədək ilkin nəticələri bəlli olan 22 ştatda respublikaçıların namizədi Donald Tramp, 11 ştatda isə demokratların namizədi Kamala Harris qalib gəlir. Beləliklə, prezident seçilmək üçün lazım olan 270 səsdən 210-nu Tramp artıq təmin edib, Harrisin isə indiyə qədər 112 səsi var.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, ABŞ seçkilərində mübarizə cəmi 7 ştatda gedir, bunlar Pensilvaniya, Corciya, Şimali Karolina, Miçiqan, Arizona, Viskonsin və Nevadadır.

 

Onun sözlərinə görə, səsvermə bitdikdən sonra məhz buralardakı nəticələrə diqqət etmək lazımdır:

 

“ABŞ-də prezident xalq tərəfindən birbaşa seçilmir və ölkə üzrə kimin çox səs alması həlledici əhəmiyyət daşımır. Prezidenti Seçicilər Kollegiyası adlanan 538 nəfərdən ibarət formal orqan seçir və oraya azı 270 nümayəndə göndərən namizəd qalib sayılır. Seçkidə xalqın rolu budur ki, Seçicilər Kollegiyasına nümayəndələri vətəndaşlar seçir. Hər ştat Kollegiyaya əhalisinin sayına uyğun olaraq nümayəndə göndərir: əhalisi çox olanlar çox, az olanlar az. Bir namizəd digərindən hətta cəmi 1 səs üstün olarsa, həmin ştatın bütün nümayəndələrini o qazanmış olur - Nebraska və Men istisnadır. Əslində sırf hüquqi baxımdan ştat nümayəndələri Seçicilər Kollegiyasında istədikləri namizədə səs verə bilər, qanunda hər hansı məcburiyyət yoxdur. Amma ənənəyə və presedentə uyğun olaraq Seçicilər Kollegiyasının üzvləri adətən xalqın seçiminə uyğun səs verirlər, yəni faktiki olaraq vətəndaşların qərarını təsdiqləyirlər”.

 

Ş.Cəfərli qeyd etdi ki, bu sistem hazırda respublikaçıların maraqlarına daha çox cavab verir:

 

“Çünki demokratlar və onlara meyl edənlər sayca daha çoxdur. Dünyada olduğu kimi, ABŞ-də də ölkə üzrə sadə çoxluq sistemi tətbiq olunsa, respublikaçıların prezident seçkilərində qələbə şansı həddən artıq azalmış olar. 7 ştat üzrə keçirilən bütün sorğularda tərəflərin bir-birindən üstünlüyü sorğuların xəta payı içərisindədir. Bu o deməkdir ki, hər iki namizədin şansı bərabərdir. Bəzi ştatlarda qələbə çox minimal üstünlüklə, hətta 0,1 - 0,2% fərqlə əldə oluna bilər. Bu halda, nəticələrin mübahisələndirilməsi, məhkəmə iddiaları qaldırılması, səslərin sayılması prosesinin uzanması mümkündür.  Ən kritik bölgə 19 nümayəndənin seçiləcəyi Pensilvaniyadır. Burada ölkənin ilk paytaxtı Filadelfiya şəhəri yerləşir. Pensilvaniya, Miçiqan və Viskonsin ölkənin orta qərbində yerləşən sənaye zonasıdır, bura obrazlı olaraq “paslı qurşaq” adlandırılır. Corciya, Şimali Karolina, Arizona və Nevada isə ölkənin cənub, cənub-qərb hissəsində yerləşir və öz iqliminə görə “Günəş qurşağı” adlandırılır. “Paslı qurşaq”da qazanan çox böyük ehtimalla seçkinin qalibi olacaq”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man